İspaniya Super Kuboku matçlarının keçiriləcəyi məkan dəyişdirilib.
Fanat.Az xəbər verir ki, turnir əvvəlcədən nəzərdə tutulduğu kimi Səudiyyə Ərəbistanında baş tutmayacaq. Qarşılaşmalar Andalusiyada olacaq. İspaniya Kral Futbol Federasiyası (RFEF) məsələ ilə bağlı Səudiyyə Ərəbistanı hakimiyyətini məlumatlandırıb.
Məkan dəyişdiyi üçün səlahiyyətli nümayəndələr RFEF-ə kompensasiya olaraq yarışı bir və ya iki il Səudiyyə Ərəbistanında keçirməyi təklif edib.
Qeyd edək ki, ötən mövsümün nəticələrinə əsasən, İspaniya Super Kuboku uğrunda "Real", "Barselona", "Atletik" və "Real Sosyedad" mübarizə aparacaq.