"Aston Villa” futbolçusu Con Makqinnin müqaviləsinin müddətini artırıb.
Fanat.Az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, 26 yaşlı yarımmüdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.
Xatırladaq ki, Şotlandiya millisinin üzvü 2018-ci ilin yayından "Aston Villa”da çıxış edir.
Qeyd edək ki, Premyer Liqada bu mövsüm 9 oyuna çıxan Con Makqinn 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Fanat.Az