Prins İbaranın "Neftçi"dən ayrılmasının səbəbi məlum olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Belçikanın "Birşot" klubundan icarəyə götürülən oyunçu Azərbaycan təmsilçisində ayı 5 min dollara oynayıb.
Lakin mövqe seçimi daha yaxşı olan, fərqli oyun tərzinə malik forvard arzulayan baş məşqçi Samir Abasov onunla vidalaşmağı uyğun sayıb və bu istəyini rəhbərliyə çatdırıb. Nəticədə, başqa münasib variantları da olan konqolu ilə icarə müqaviləsinə vaxtından 6 ay öncə xitam verilib.
Hazırda Bakı klubu onun yerinə başqa - Abasovun tələblərinə cavab verən forvard axtarır. Artıq bir neçə namizəd gözdən keçirilsə, də qış fasiləsinə lider mövqeyində yollanan komandanın baş məşqçisi tələsmək istəmir.
Fanat.Az