13:54 28.12.2020 841

"Qorxunc idi, Markus Raşford məşqə ac gələrdi"

"Markus Raşford bəzən məşqə ac gələrdi. Hər şey gözümün önündə olub, qorxunc idi. 5 uşaq idilər. Anası 5 uşağa baxmalı, onları bəsləməli idi. Azacıq yeməkdən başqa, demək olar ki, heç nələri yox idi. Məncə, Markus elə bu səbəbdən erkən yaşlardan etibarən futbolda uğur qazanmaq məcburiyyətində olduğunu anlamışdı. Və bu gün ona cəmiyyətdə fərq yarada biləcəyini düşündürən şey də məhz həmin təcrübədi. Başqa uşaqlar onun yaşadıqlarını yaşamamalıdılar. Bunu yaxşı dərk edir və bəzi şeyləri dəyişə biləcəyinin fərqindədi.

Tamamilə fərqli, qorxunc birinə də çevrilə bilərdi. Narkotikdən istifadə edərdi və ya cinayətkar olardı. Onun yaşadığı bölgə üçün bunlar adi hal idi. Oralara yolum düşəndə ətrafdakı bir çox insanın narkotiklə məşğul olduğunu görər və ya əksəriyyətinin adının cinayət işlərində hallandığını eşidərdim. Sadəcə, Raşford təbiətcə elə biri deyildi. Yadımdadı, Markus onlara deyərdi: "Bunu niyə edirsiniz? Etməyin". O yaşda belə onlara kömək etməyə çalışardı.
Raşfordun 13 yaşı olanda "Mançester Siti" onu yenidən (ilk dəfə 12 yaşında ikən maraqlanmışdılar) akademiyasına cəlb etməyə çalışdı. Markusa, demək olar ki, hər şey təklif etmişdilər. Bura ev də daxildi. Amma onun hər şeyi "Mançester Yunayted" idi, ona görə də "yox" dedi. Həmişə "Yunayted"də oynamağın xəyalını qurub.

Onu indi tez-tez televizorda görsəm də, hələ də situasiyanı tam olaraq dərk edə bilmirəm. Balaca Raşford Britaniya İmperiyası Ordeninə layiq görülüb... Anasını indilərdə də "Primark"-da görə bilərsiniz. Onlar təvazökar və istiqanlı insanlardılar. Meli (Melani - Markusun anasının - adının qısaltması) mağazada görsəniz, onların zəngin olduğuna heç vaxt inanmazsınız. Çox çətin günlərdən keçiblər. İndi isə başqalarına kömək edə biləcək vəziyyətdədilər. Onları tanıdığımız üçün, həqiqətən də, şanslıyıq" - Robson Bakli (Raşfordla birlikdə "Mançester Yunayted"in akademiyasında oynayıb).

"Athletic" yazarı Deniel Teylorun söhbətləşdiyi bir digər şəxs isə klub akademiyasının məşqçisi Kolin Litldı. Markusun yaşadıqları onun üçün heç də yad mənzərə deyil: "Burada pis şeylər adi haldı. Məsələn, ötən həftə yolun aşağısında ölüm hadisəsi baş vermişdi. Raşfordla ilk dəfə qarşılaşanda 12 yaşı var idi. Böyüdüyüm yerdən təxminən 100 m. aralıda yaşadığından, həyatımızın içə-içə keçdiyini deyə bilərəm. Hamımız yataqxanada qalan və böyük potensiala malik futbolçu uşaq barədə eşitmişdik. Orada yaşadığım üçün onu, adətən, məşqlərə mən aparardım. Məncə, "Yunayted"də işləyən hər kəs Markusu bənzər şəkildə müşayiət edib. Avtomobili mağazaların yanında saxlayar, siqnal verərdim və o, əlində tostla gələrdi.
Belə şeyləri başa düşmək üçün həmin hadisələr öz başınıza gəlməlidi. Onun həyat təcrübəsi mənimkinə bənzəyir. Yataqxanada yaşayırsan, pul yoxdu... Sonra həyatında ilk dəfə normal pul qazanmağa başlayırsan və min cür əziyyətə qatlanmaq məcburiyyətində olan insanların nələr çəkdiklərini başa düşürsən. Məktəb tətillərindəki aclıq hissini xatırlayırsan. Valideynlərin işləmirsə və ya onların gəlirləri yetərli səviyyədə deyilsə, məktəbdə sizə pulsuz yemək üçün talonlar verilir. Amma bu, 6 həftəlik tətil müddətinə aid deyil. Yəni həmin periodda ac qalmalı olursan. Həyətə çıxırsan, bütün gün uşaqlarla oynayırsan. Günorta yeməyə heç bir şey yoxdu, oynamağa davam, birtəhər yola verirsən. Əslində, acından ölürsən. Nəhayət, axşam evə gedirsən və günün yeganə yeməyini yeyirsən. Markus belə şeyləri hamıdan yaxşı bilir, çünki onların generasiyası bu problemlərlə üzləşib. Bizim dönəmimiz barədə də eyni şeyi deyə bilərik. Bu hal belə davam etməməli idi. Təbii ki, uşaqların ac qalmasından daha yaxşı bir yol olmalıdı".

Davam etməyəcək, Kolin. Baş nazir Boris Conson və elitanı təmsil edən digər siyasətçilərə qarşı çıxan, istədiyinə qismən də olsa nail olan Markus Raşford sayəsində artıq uşaqlar tətil günlərində də yemək talonlarından istifadə edə biləcəklər. Onu bu münasibətlə ilk təbrik edən şəxslərdən biri isə bənzər şəkildə, həm dibin, həm də zirvənin nə olduğunu yaxşı bilən Aleks Ferqyusondan başqası deyildi. 23 yaşlı futbolçu dayanmaq niyyətində deyil. O, uşaqların, o cümlədən yoxsul insanların imkanlarını daha da yaxşılaşdırmaq üçün cəhdlərini davam etdirir.

Sözügedən yataqxanada qalan və "Yunayted"də oynayan bir uşağın ailəsi də Raşfordu tez-tez məşqlərə aparıb-gətirərmiş. Sonra elə olur ki, "qırmızı şeytanlar" onu sərbəst buraxır. Beləcə, Raşfordun işi bir az çətinləşir. Bununla belə, zaman-zaman digər valideynlər kömək edərmişlər. Tez-tez klubun məşqçiləri Markusa yardımçı olmaq üçün yollarını dəyişərmişlər. Digər hallarda Raşford şəhərin bu başından o başına getmək üçün avtobuslara müraciət etməli olurdu. Anası Melani üç yerdə işlədiyindən, zamanı az olarmış. Yenə də vaxt tapdıqca oğlunun arxasınca gələrmiş. Bir axşam məşqdən sonra Melani ilə Raşford Karrinqtondakı bazanı tərk ediblər və dayanacağa çatanda sonuncu avtobusu qaçırdıqlarını anlayıblar. Aleks Ferqyuson məşq kompleksinin şəhərdən kənar bir yerdə olmasını istəyibmiş, klub da onun istəyini nəzərə alıb. Bir tərəfdə atçılıq mərkəzi, tövlə, digər tərəfdə isə elektrik yarımstansiyası və sənaye parkı var imiş. Məlum, axşam saatları, hər yer də bağlı. Ana-bala yolun kənarında oturaraq gözləyiblər. Əllərində taksiyə minəcək qədər pul yox imiş. Melani qorxsa da, Markusa hiss etdirməməyə çalışırmış. Sonra yoldan bir avtomobil keçib, içərisində "Yunayted"in əməkdaşı var imiş, "gecəniz xeyrə" demək üçün onlara əl yelləyib. 15 dəqiqə sonra eyni avtomobil geri qayıdıb. Bu səfər onlardan soruşub: "Siz yaxşısınız?" Həmin adam sayəsində evlərinə qayıda biliblər. Klub əməkdaşı deyib ki, nə zaman çətinə düşsəniz, həmişə "Yunayted"dən kimsə imdada yetişəcək.

Melani "Ladbrokes" bukmeyker şirkətində kassir imiş. Ailə ata dəstəyindən məhrum olduğundan, o, paralel olaraq iki fərqli yerdə təmizlikçi kimi də çalışırmış. Raşford anasının övladlarını bəsləmək üçün çəkdiyi əziyyətləri heç vaxt unutmur. "Mən çoxdan yemək yemişəm" - Melaninin sevimli cümləsi imiş. İllər sonra Markus bunun həm də onun sevimli yalanı olduğunu anlayıb. Gənc yaşda "Mançester Yunayted" kimi klubun və İngiltərə millisinin əsas heyət üzvünə çevrilən birini başqa insanları düşünməyə, onlara kömək etməyə bu qədər vadar edən şey nədi? Bəlkə də, hər şeyin təməlində həm anasının, həm də ətrafdakıların onun üçün etdiyi fədakarlıqlar dayanır.

Nöqtəni Raşfordun akademiyadakı digər komanda yoldaşı və yaxın dostu Cimmi Dann qoyacaq: "Markusun hədəfləri onunla yaşıd olan 90% futbolçunun hədəflərindən tamamilə fərqlənirdi. Onun dərdi Premyer Liqada oynamaq və ya zəngin həyatı yaşamaq deyildi. Sanki bu etapları çoxdan keçmişdi. "Bir gün "Qızıl top"u qazanmalıyam, Premyer Liqa və Çempionlar Liqasının qalibi olmalıyam. Hə, eyni zamanda, uşaqların həyatlarını xilas etməli və dünyanı daha yaxşı bir yerə çevirməliyəm" - onun ağlından belə şeylər keçirdi. Əminəm ki, Markus bu hədəflərə çatdıqdan sonra öz-özünə düşünəcək: "Aya çıxan ilk futbolçu olmalıyam".
 
Hazırladı: Rüfət Məcid
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
22:20

"Qarabağ" növbəti transferini açıqladı - RƏSMİ

22:10

"Qarabağ" növbəti yoxlama oyununda qüvvəsini sınayıb

21:50

Türkiyəli gənc ulduza Avropa nəhəngləri elçi düşüb

21:15

"Liverpul"un sabiq futbolçusu yenidən İngiltərədə

20:45

"Arsenal"ın ulduzu "Fənərbağça" yolunda

20:05

UEFA Konfrans Liqası: “Zirə” - "Hayduk” matçının hakimləri məlum olub

19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

Facebookdan bizi izləməyi unutmayın.
X