"Çelsi"nin futbolçusu Nqolo Kante zədə səbəbindən növbəti iki oyunu buraxacaq.
Fanat.Az "The Sun" (San) qəzetinə istinadən xəbər verir ki, bu barədə London klubunun baş məşqçisi Frenk Lempard məlumat verib. O, fransalı yarımmüdafiəçinin əzələsində müəyyən problem yarandığını açıqlayıb. Kante "Morkem" və "Fulhem"lə görüşlərdə iştirak etməyəcək.
Qeyd edək ki, Kante bu mövsüm Premyer Liqada 17 matçda meydana çıxıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol