Madrid "Atletiko"su ilə La Liqanın 18-ci turunun oyununa çıxmalı olan "Atletik" İspaniyanın paytaxtına gələ bilməyib.
Fanat.Az xəbər verir ki, Bilbao klubunu gətirən təyyarənin Madriddəki hava limanına enməsi mümkün olmayıb. Güclü qar və şaxtalı hava üzündən enmə zolaqları görünməz olduğundan hava limanı üzərində dövrə vuran təyyarə geriyə - Bilbaoya qayıtmaq məcburiyyətində qalıb.
Ertələnən "Atletiko" - "Atletik" oyunu bu gün axşam saatlarında keçiriləcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol