Türkiyə Super Liqasında XVIII turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, son iki turda 1 xal toplayaraq liderliyi əldən verən "Qalatasaray” "Gənclərbirliyi”ni sınağa çəkib. Oyun "Cim-Bom”un 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yunes Belhandanın het-trik etdiyi oyunda Mbaye Diange, Oğulcan Çağlayan və Rayan Babel hərəyə bir qol vurub.
Qeyd edək ki, "Qalatasaray" 17 oyundan sonra 33 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb və lider "Beşiktaş"dan bir xal geri qalır.