Fransa çempionatında dekabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə Liqa 1-in rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, bu ada "Lill” klubunda çıxış edən Yusuf Yazıcı layiq görülüb.
Türk yarımmüdafiəçisisorğuda "Olimpik”in iki üzvü - Tino Kadevere və Karl Toko-Ekambini geridə qoyub.
Qeyd edək ki, Yusuf Yazıcı dekabr ayında "Lill”in heyətində meydana çıxdığı 5 oyunda 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Fanat.Az