Bu gün keçiriləcək "Tottenhem" - "Liverpul" matçı ərəfəsində meydan sahiblərinin baş məşqçisi Joze Mourinyu "qırmızılar"ın baş məşqçisi Yürgen Kloppla münasibətlərindən danışıb.
Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssisin söylədiklərini "Goal" belə çatdırıb:
"Yürgenin dostu deyiləm. Onunla heç bir dəfə də bir yerdə vaxt keçirməmişik. İnsanın sənin xoşuna gəlib gəlmədiyini bilmək üçün öncə onu tanımalısan. Biz Kloppla beş dəqiqə hansısa oyundan əvvəl və ya sonra söhbət etmişik. Bununla da, hər şey yekunlaşıb. Onu deyə bilərəm ki, Yürgen mənim həmkarımdır və ona hörmətim var. Aramızda hər hansı problem yoxdur. Məncə, o da belə düşünür".
Fanat.Az