İspaniya La Liqasında XXI turunun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, "Real" bu gecə "Levante"ni qəbul edib. Madriddəki "Alfredo Di Stefano" stadionunda keçiriləm matçda meydan sahibləri 1:2 hesabı ilə uduzub.
9-cu dəqiqədə meydan sahiblərindən Eder Militao qırmızı vərəqə alıb. Buna baxmayaraq 4 dəqiqə sonra "Real" hesabı açıb. Marko Asensio rəqib qapısına yol tapıb. Amma 32ci qəqiqədə Jose Morales, 78-ci dəqiqədə isə Marti Rocer fəqlənərək "Levante"yə qələbə qazandırıb.
Bu nəticədən sonra Zinəddin Zidanın baş məşqçisi olduğu komanda 40 xalla 2-ci, "Levante" isə 26 xalla 9-cu pillədə qərarlaşıb. Turnir cədvəlinə 47 xalla "Atletiko" başçılıq edir. "Sevilya" 39 xalla 3-cüdü.