İtaliya A Seriyasında XXI turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, turun mərkəzi oyununda "Yuventus" "Roma"nı qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 13-cü dəqiqədə Kriştianu Ronaldu açıb. 69-cu dəqiqədə isə İbanez avtoqola imza atıb.
Qeyd edək ki, 20 oyun keçirmiş "Yuventus" 42 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Turin klubu lider "İnter"dən 5, ikinci pillədəki "Milan"dan 4 xal geri qalır. 40 xalı olan "Roma" isə dördüncü pilləni tutur.