Türkiyə Kubokunda 1/4 final mərhələsi start götürüb.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir görüş reallaşıb.
İstanbul derbisində "Fənərbağça” "Başakşəhər”i qəbul edib. Matçın taleyi əlavə vaxtda həll olunub.
2:1 hesablı qələbə qazanan son çempion yarımfinala yüksəlib. "Başakşəhər”in rəqibi "Konyaspor” – "Beşiktaş” görüşündə bəlli olacaq.
Qeyd edək ki, 1/4 final mərhələsinin digər matçları fevralın 10-11-də keçiriləcək.
Türkiyə Kuboku
1/4 final
9 fevral
Fənərbağça – Başakşəhər 1:2
Qollar: Valensiya, 72 - Fernandes, 42, Qulbrandsen, 96