Türkiyə Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir görüş reallaşıb.
"Fənərbağça” doğma meydanda Superliqanın son qalibi "Başakşəhər”lə üz-üzə gəlib. Üç qolun qeydə alındığı İstanbul derbisi "Başakşəhər”in qələbəsiylə başa çatıb. Beləcə, sözügedən komanda ilk yarımfinalçı olubsa, "Fənər” kubokla vidalaşıb.
İkinci oyun günündə "Qalatasaray” da "Alanyaspor”la doğma meydanda baş tutan oyunda yenilgidən qaça bilməyib. Beləliklə, daha bir İstanbul nəhəngi kubokdan əliniz üzüb.
Türkiyə kuboku
1/4 final
9 fevral
Fənərbağça – Başakşəhər 1:2
Qollar: Valensia, 72 – J.Fernandes, 42. Gulbrandsen, 96.
10 fevral
Qalatasaray – Alanyaspor 2:3
Qollar: Mustafa, 83. J.Fernandes, 90+4 – Babakar, 30; 48-pen. S.Uçan, 41.
11 fevral
18:45. Sivasspor – Antalyaspor
21:45. Konyaspor – Beşiktaş