"Roma"nın zədəli müdafiəçisi Kris Smollinqin vəziyyətinə aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb.
Xəbərə görə, futbolçunun daha 1 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Onun 14 fevralda "Udineze"yə qarşı A Seriyası oyununu, 18 fevralda "Braqi" ilə Avropa Liqasını matçını buraxacağı dəqiqləşib.
Qeyd edək ki, Smollinq 31 yanvarda "Verona" (3:1) ilə oyunda zədələnib.
Fanat.Az