"Bavariya”nın hücumçusu Tomas Müller koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, Münhen təmsilçisinin əsas futbolçularından hesab edilən hücumçu dünya çempionatının finalında Meksika "Tiqres”i ilə matçı buraxmalı olacaq.
Müllerlə yanaşı testinin cavabı pozitiv çıxan Xavi Martines və Leon Qoretskanın da görüşü buraxacağı dəqiqləşib.
Qeyd edək ki, bu gün keçiriləcək "Bavariya" - "Tiqres" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Fanat.Az