"Trabzonspor” klubunun heyətində koronavirusa yoluxma faktı aşkarlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, üç futbolçunun testinin cavabı pozitiv çıxıb. Adları açıqlanmayan oyunçular karantinə alınıblar.
Qeyd edək ki, "Trabzonspor” Super Liqada bu mövsüm keçirdiyi 24 oyuna 45 xal toplayıb və 4-cü pillədə qərarlaşıb.
Fanat.Az