"Mançester Yunayted"in baş məşqçisi Ule-Qunnar Sulşer İngiltərə Premyer Lİqasındakı mübarizəni ikinci yerdə bitirməyə razı olmadıqlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Sky Sports" norveçli çalışdırıcının söylədiklərini belə çatdırıb:
"Heç kim tituldan belə tez əl çəkməz. Bu mövsüm hadisələr çox sürətlə inkişaf edir. Hər şey ola bilər. Çempionatı ikinci yerdə bitirməyə razı deyilik. Bu sözlərim futbolçularım üçün kompliment sayılmalıdır. Komandam "Mançester Siti"nin ən yaxın izləyicisidir. Onlara bizdən asanlıqla uzaqlaşmağa imkan verməyəcəyik. Çempionluq mübarizəsində qalmaq üçün qələbələr qazanmalıyıq".
Qeyd edək ki, 24 turdan sonra 46 xalla ikinci pillədə mövqe tutan MY əzəli rəqibindən 6 xal geri qalır.
Fanat.Az