"Real"ın müdafiəçisi Serxio Ramos yayda iş yerini dəyişəcək.
Fanat.Az "El Chiringuito" xəbər verir ki, Madrid klubunun rəhbərliyi ilə yeni müqavilə ilə bağlı ortaq məxrəcə gələ bilməyən ulduz futbolçu qərarını verib. Mənbə 34 yaşlı arxa xətt oyunçusunun "Mançester Yunayted" və PSJ ilə danışıq apardığını vurğulayaraq onun iki klubdan birinə keçəcəyini bildirib.
2005-ci ildən "Real"da oynayan Ramos bu ay sol dizindən əməliyyat olunub.
Fanat.Az