"Barselona"nın baş məşqçisi Ronald Kuman Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda PSJ-dən aldıqları böyük hesablı yenilgini şərh edib.
Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı niderlandlı mütəxəssisin 1:4 hesablı darmadağınla bağlı söylədiklərini belə çatdırıb:
"Nəticə PSJ-nin futbolçularının nə dərəcədə üstün oynadığından xəbər verir. Onlar bizdən çox yaxşıydılar. İlk yarıda müəyyən tarazlıq sezilirdi. Biz hesabı açandan sonra Usman Dembele ikinci topu vurmaq şansını qaçırdı. İkinci hissədə isə müdafiədə problemlərimiz oldu. PSJ fiziki hazırlıq baxımından bizdən güclü olduğunu sübuta yetirdi. Fasilədən sonra rəqibin komanda şəklində daha üstün olduğunu etiraf etmək məcburiyyətindəyik. Reallığı qəbul edirik. Amma öz oyunumuzu yaxşılaşdırmalıyıq. Bilirdik ki, güclü rəqiblə qarşılaşırıq və oyun belə qurtara bilər".
Fanat.Az