PSJ-nin baş məşqçisi Maurisio Poçettino Lionel Messinin mümkün transferi ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, "Marca" mütəxəssisin söylədiklərini belə çatdırıb:
"PSJ Kilian Mbappeni saxlamaq və onun özünü xoşbəxt saymasını təmin etmək üçün hər şeyə hazırdır. Fikrimcə, bu məsələyə tezliklə aydınlıq gələcək. Messi ilə nə danışmışıq? Biz salamlaşdıq və sağollaşdıq. Keçid məsələsini müzakirə etməmişik".
Xatırladaq ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda PSJ səfərdə "Barselona"nı 4:1 hesabıyla yenib.
Fanat.Az