İngiltərə Premyer Liqasının 26-cı turunda "Vest Hem"i 2:1 hesabıyla yenən "Mançester Siti"nin baş məşqçisi Xosep Quardiola yeni rekord müəyyənləşdirib.
Fanat.Az-ın hesablamalarına görə, sözügedən mütəxəssis "şəhərlilər"in çalışdırıcısı qismində 200-cü qələbəsini qazanıb. Bu nəticəni 273-cü matçında göstərən ispaniyalı İPL-dəki bütün həmkarlarını qabaqlayıb.
Qeyd edək ki, əvvəlki rekord Joze Mourinyuya məxsus idi. O, çempionatda 200 qələbə həddinə 309-cu oyununda çatmışdı.