A Seriyasında 25-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə yeddi görüş reallaşıb.
Altı qolun qeydə alındığı "Sassuolo” – "Napoli”, tərəflərin hərəyə bir dəfə fərqləndiyi "Milan" - "Udineze" matçları heç-heçə bitib. "Cenoa” – "Sampdoriya” qarşılaşmasında da bərabərlik qeydə alınıb.
"Kalyari” öz meydanında "Bolonya”ya qalib gəlibsə, "Atalanta” "doğma divarlar arası"nda "Krotone”ni, "Verona” rəqib meydanında "Benevento”nu darmadağın edib.
"Roma” isə səfərdə "Fiorentina”ya qalib gəlib.
İtaliya A Seriyası
25-ci tur
2 mart
Latsio – Torino matçı baş tutmayıb
Yuventus – Spetsiya 3:0
Qollar: Morata, 62. Kyeza, 71. Ronaldo, 89.
3 mart
Sassuolo – Napoli 3:3
Qollar: Maksimoviç, 34-öz qapısına. Berardi, 45+1-pen. Kaputo, 90+5-pen – Zelinski, 38. Di Lorenso, 72. İnsinye, 90-pen.
Benevento – Verona 0:3
Qollar: Faraoni, 25. Fulon, 34-öz qapısına. Lasanya, 50.
Milan – Udineze 1:1
Qollar: Kessye, 90+7-pen – Bekan, 68.
Cenoa – Sampdoriya 1:1
Qollar: Zappakosta, 52 – Tonelli, 77.
Fiorentina – Roma 1:2
Qollar: Spinatsola, 60-öz qapısına – Spinatsola, 49. Diavara, 90.
Atalanta – Krotone 5:1
Qollar: Qosens, 12. Palomino, 48. Muriel, 50. İliçiç, 58. Mirançuk, 85 – Simi, 23.
Kalyari – Bolonya 1:0
Qol: Ruqani, 19.
4 mart
23:45 Parma – İnter