"Yuventus”un heyətində koronavirusa yoluxma faktı aşkarlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, klubun yarımmüdafiəçisi Rodriqo Bentankurun testinin cavabı müsbət çıxıb. Uruqvaylı futbolçu dərhal karantinə alınıb.
Fanat.Az