Bu mövsüm özünə bənzəməyən "Fiorentina"nın baş məşqçi postu "Napoli"nin çalışdırıcısı Cennaro Qattuzoya tapşırıla bilər.
Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, Florensiya klubunun prezidenti Rokko Komisso Qattuzonun agenti ilə şəxsən əlaqə saxlayıb.
Daha öncə sözügeən mütəxəssisin mövsümün sonunda Neapol təmsilçisindən ayrılacağıyla bağlı informasiyalar yayılmışdı.
Qattuzo 2019-cu ilin dekabrından "Napoli"ni çalışdırır. Sabiq yarımmüdafiəçi 2020-ci ilin iyununda baş məşqçisi olduğu komandaya İtaliya Kubokunu qazandırıb. Hazırda "Napoli" A Seriyasında çıxdığıl 24 oyunda 44 xal toplayaraq 6-cı pillədə mövqe tutubsa, Çezare Prandellinin çalışdırdığı "Fiorentina" 25 matça 25 xal yığaraq turnir cədvəlində 14-cü yerdə qərarlaşıb.