Ötən mövsümün sonunda "Qarabağ"dan ayrılıb Rumıniya "Dinamo”suyla anlaşan Maqaye Qeye narkotik maddə qəbul etməkdə ittiham olunur.
Fasnat.Az xəbər verir ki, bu barədə sözügedən ölkənin mətbuatı məlumat yayıb.
Xəbərə görə, Rumıniya kubokunun "Styaua” ilə matçından sonra hücumçunun qanında kokain aşkarlanıb.
Qeyd edək ki, Qeye 2019/2020 mövsümündə "Qarabağ”da çıxış edib. Hücumçu bu müddətdə 28 oyuna çıxıb və 8 qol vurub.
Fanat.Az