"Barselona" "Mançester Siti"nin ulduzu Serxio Aqueronu transfer etmək istəyir.
Fanar.Az "TyC Sports"a istinadən xəbər verir ki, Kataloniya təmsilisi 32 yaşlı argentinalı hücumçu üçün İngiltərə klubuna təklifi göndərib.
Bildirilir ki, transfer Aqueronun özündən aslıdı. "Barselona"nın kapitanı Lionel Messinin ən yaxın dostlarından biri olan argentinalını kataloniyalıların yeni prezidenti Joan Laporta da israrla istrəyir. Onun fikrincə, Aqueronun gəlişi Messinin "Barselona"da qalmasında böyük rolu oyanacaq.
Qeyd edək ki, Aquero "Mançester Siti"yə 2011-ci ildə "Atletiko"dan 40 milyon avroya transfer olunub. Argentinalı cari mövsümdə zədə səbəbindən cəmi 11 oyunda oynaya bilib və 2 qol vurub.