Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu "Telstar” Niderland 2-ci liqasında 28-ci turun oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, sözügedən kollektiv doğma meydanda "Qraafşap”la qarşılaşıb və 1:2 hesabı ilə məğlub olub.
Ozan görüşün 80-ci dəqiqəsində meydana buraxılıb.
Qeyd edək ki, "Telstar” 2-ci liqada 28 turdan sonra 34 xalla 10-cu sıradadır.
Fanat.Az