Millimizin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge” Almaniya 2-ci Bundesliqasında 26-cı turun oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Aue təmsilçisi doğma meydanda "Sandhauzen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.
Dmitri Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90+1-ci dəqiqədə əvəzlənib. Komandasının 69-cu dəqiqədə vurduğu qolun ötürməsini də Nazarov verib.
Qeyd edək ki, 26 turdan sonra 36 xala malik "Ersgebirge” 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.
Fanat.Az