Fransa Liqa 1-inin XXX turunun matçında PSJ "Lion"u qəbul edib və 4:2 hesabı ilə qalib gəlib.
Fanat.Az xəbər verir ki, Paris klubunun heyətində Kilian Mbappe dubl edib, Danilu və Anxel Di Mariya bir qol vurub. "Lion"un qollarına isə İslam Slimani və Maksvell Korne fərqlənib.
Bu Mbappe üçün rekord göstərici olub. 22 yaşlı forvard Fransa çempionatında özünün 100-cü qolunu vurub və bu, göstəriciyə nail olan ən gənc futbolçu kimi tarixə düşüb.
Mbappe Liqa 1-in cari mövsümündə 24 matçda iştirak edib və 18 qol vurub, bununla yanaşı, 6 məhsuldar ötürmə edib.
Fanat.Az