Türkiyənin "Fənərbağça” klubunun heyətində koronavirusa yoluxma faktı aşkarlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə virusa yoluxan futbolçunun kimliyi açıqlanmayıb.
Qeyd edək ki, "Fənərbağça” Super Liqanın 31-ci turunda səfərdə "Beşiktaş”la qollu bərabərə qalıb – 1:1. Erol Bulutun rəhbərlik etdiyi kollektiv çempionatda 3-cü sıradadır.
Fanat.Az