"Mançester Siti" "Sauthempton"un və İngiltərə millisinin hücumçusu Denni İnqsi transfer etmək istəyir.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, "şəhərlilər"in çalışdırıcısı Xosep Quardiola İnqsi yayda komandadan ayrılacağı gözlənilən Serxio Aqueronu layiqincə əvəzləyə biləcəyini düşünür.
Qeyd edək ki, 28 yaşlı Denni 2019-cu ildə "Liverpul"dan alınıb. Həmin vaxt "Sauthempton" sözügedən forvarda görə qarşı tərəfə 22,2 milyon avro ödəyib. Onu indiki klubuyla olan müqaviləsinin müddəti 2022-ci ilin 30 iyun tarixində başa çatacaq.