Türkiyə millisi DÇ-2022-nin seçmə mərhələsinin oyunları ərəfəsində iki futbolçunun xidmətindən məhrum olub.
Fanat.Az Türkiyə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi İrfan Can Kahveci və müdafiəçi Nazım Sangare zədə üzündən heyətdən kənarlaşdırılıb. Sözügedən "Fənərbağça"lılar yığmanın düşərgəsindən ayrılıb.
Qeyd edək ki, Türkiyə millisi bu gün Niderland, martın 27-i Norveç və martın 30-u Latviya ilə qarşılaşacaq.