İspaniya La Liqasının XXX turunda keçiriləcək "Real" - "Barselona" matçının baş hakimi dəyişdirilib.
Fanat.Az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyası məlumat yayıb.
"El Klassiko"ya Xesus Hil Mansano təyinat alıb. Daha öncə görüşü idarə edəcəyi deyilən Antonio Mateu Laos zədələndiyi üçün təyinatı ləğv olunub.
Qeyd edək ki, aprelin 10-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Fanat.Az