Futbol üzrə Yunanıstan Super Liqasının qalibi vaxtından əvvəl bəlli olub.
Fanat.Az xəbər verir ki, XXIX turda "Olimpiakos" "Panatinaikos"u 3:1 hesabı ilə məğlub edərək mövsümün bitməsinə 7 tur qalmış 76 xalla çempionluğunu təmin edib.
İkinci sıradakı "Aris"in 54 xalı var. İlk "3-lüy"ü 51 xalla POAK qapayır.
Qeyd edək ki, bu,
"Olimpiakos"un tarixində 46-cı çempionluğudur.
Fanat.Az