Almaniyanın "Köln” klubu baş məşqçi Markus Qisdolu istefaya göndərib.
Fanat.Az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, istefaya səbəb komandanın uğursuz çıxışı olub. Belə ki, "Köln” klubu Bundesliqada ardıcıl 8 oyundur ki, qələbəyə həsrətdir. Hesabında cəmi 23 xalı olan komanda 17-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Qisdol 2019-cu ilin noyabrından "Köln”ü çalışdırırdı.
Fanat.Az