11:31 20.04.2021 645

UEFA prezidenti: "55 üzv ölkənin hamısı Superliqaya qarşı çıxdı"

UEFA-ya üzv olan bütün 55 milli assosiasiya Avropa Super Liqasının yaradılmasına qarşı çıxıb.

Fanat.Az xəbər verir ki, bu barədə qitə futbol qurumunun prezidenti Aleksander Çeferin açıqlama verib.

Sloveniyalı funksioner bildirib ki, təkcə futbol dünyası yox, ictimaiyyət və hökumətlər də vahid mövqedən çıxış edirlər: "Hamımız belə mənasız layihə ideyasına qarşıyıq. İngiltərə Futbol Assosiasiyası və Premyer Liqası, İspaniya Kral Futbol Federasiyası və La Liqa, İtaliya Futbol Federasiyası və A Seriyası, FIFA, bütün 55 milli üzv assosiasiya futbolun tam əleyhinə olan əcaib planlar əleyhinə yekdilliklə çıxış edirlər. Mən Böyük Britaniyanın baş naziri Boris Consona, Fransa prezidenti Emmanuel Makrona, Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Şinasa, Avropa Parlamentinin prezidenti David Sassoliyə və bütün Avropa liderlərinə xüsusi minnətdarlığımı bildirirəm. Çünki onlar nəinki futbol, həm də Avropa dəyərlərinə, azarkeşlərə və mədəniyyətimizə hörmətlə yanaşırlar. Bu ideya bütün futbol həvəskarları və ictimaiyyətin üzünə tüpürmək deməkdir. Biz onların bunu etmələrinə imkan verməyəcəyik".

Çeferinin sözlərinə görə, FIFA və 6 futbol konfederasiyası bəyan edib ki, Superliqa komandalarında oynayan futbolçuların dünya və Avropa çempionatlarında iştirakları qadağan ediləcək, onlar öz ölkələrini heç bir oyunda təmsil edə bilməyəcəklər.

UEFA prezidentinin fikrincə, bəzi insanlar üçün həmrəylik və vəhdət yox, yalnız onların cibləri mövcuddur: "12 klubun etdiyi hərəkət dəhşətli dərəcədə yalnışdır. Biz bunların hamısını bilirik. Hamı bilirdi ki, 2024-cü ildəki klub yarışlarının formatı buna oxşardır. Biz 247 klubla, liqalarla, milli assosiasiyalarla danışıqlar aparırdıq. Lakin qərar qəbuluna yetişdikdə kimsə tamamilə "şəffaf" nə iləsə gəldi. Bu, danışıqlar aparmağın qəribə üsuludur".

Qeyd edək ki, İngiltərənin "Mançester Yunayted”, "Mançester Siti”, "Tottenhem”, "Liverpul”, "Çelsi”, "Arsenal”, İspaniyanın "Barselona”, "Atletiko” (Madrid), "Real Madrid”, İtaliyanın "Milan”, "İnter” və "Yuventus” klubları Avropa Super Liqasında iştiraklarını təsdiqləyib.

"Real Madrid"in prezidenti Florentino Peres Superliqanın prezidenti, "Yuventus"dan Andrea Anyelli və "Mançester Yunayted"dən Coel Qleyzer vitse-prezidenti seçilib. Yarışda iştirak edəcək hər bir kluba 350 milyon avro ödəniləcək. UEFA və FIFA bu turnirin əleyhinə çıxıb. (Report.az)
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

10:23

MPL: "Neftçi" "Səbail"i, "Qarabağ" "Kəpəz"i qəbul edir -YENİLƏNİR

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

Facebookdan bizi izləməyi unutmayın.
X