Fransa millisi 1/8 final mərhələsində penaltilər seriyasında İsveçrə seçməsinə uduzaraq AVRO-2020 ilə vidalaşıb.
Fanat.Az xəbər verir ki, bu uğursuzluqdan sonra Fransa seçməsinin baş məşqçisi Didye Deşamın istefa verəcəyi söylənilir.
Lakin 52 yaşlı mütəxəssis bu barədə fikirləşmir. O, istefa verəcəyi ilə bağlı sualı belə cavablandırıb:
"Bu mənə veriləcək sual deyil. Bu heyətdə birlik və həmrəyliyə qiymət verilir. İşlər düz getməyəndə mən buna cavabdeh deyiləm. Mən komandanın yanındayam, onlar da mənimlədir. Biz bununla məşğul olacağıq. Ancaq indi yox. Çünki hazırda bizə çətindir".
Aygün