10:00 10.07.2021 1506

"Onun arxasında elə adamlar dayanıb ki, ..." - Şahin Diniyev

Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesov AVRO-2020-də uğursuzluqdan sonra postundan göndərilib. 

Tanınmış mütəxəssis, karyerasının bir dönəmində Rusiyada çalışmış Şahin Diniyev bu qərarı Fanat.Az-a şərh edib. 

Onun fikrincə, Rusiya Futbol İttifaqının bu qərarı ədalətlidir: "Çerçesov sərt bir insandır. Onun ən böyük problemi futbolçularla ünsiyyət yarada bilməməsidir. Oyunçulara sərt davranan bir məşqçidir. Müasir futbol tamam başqa keyfiyyətlər tələb edir. Kiminsə üstünə qışqırmaqla və ya əmr verməklə uzağa getmək mümkün deyil. Futbolçuya müəyyən mənada rahatlıq vermək, dinləmək lazımdır. Düzgün kommunikasiya qura bilmir.
 

 
Onun ən yaxşı uğuru Rusiya millisinin sonuncu dünya çempionatında yaxşı çıxış etməsi oldu. Ancaq Millətlər Liqasında zəif çıxış və sonrakı uğursuzluqlar məşqçinin ünvanına aramsız tənqidlərə gətirib çıxardı. AVRO-2020-dən əvvəl onun barədə artıq neqativ fikir formalaşmışdı. Lakin Çerçesovun arxasında elə nüfuzlu adamlar dayanıb ki, onu həmin postdan uzaqlaşdırmaq asan məsələ deyildi. Həmin adamlar federasiyada fəaliyyət göstərən kəslərdir. Ancaq ad çəkmək istəmirəm. Elə buna görə də baş məşqçi heç kimin məsləhətini, fikirlərini dinləmək istəmirdi. Yalnız öz bildiyini edirdi. Bütün qərarları özü verirdi. Komandanın uğursuzluğunu gördükdə məşqçi söz siyasətini dəyişməlidir. Çerçesova iki dəfə şans verildi, yenə də heç bir şey dəyişmədi. Fikirimcə, avtomobil pis gedirsə və eyni zamanda qaydasındadırsa, avtomobili yox, sürücünü dəyişmək lazımdır. Rusiya Futbol İttifaqı məşqçini Danimarka ilə görüşdən sonrada uzaqlaşdıra bilərdi, amma təmkinlə hərəkət etdilər. Qısacası, təşkilatın bu qərarı ədalətli idi".

Qeyd edək ki, B qrupunda mübarizə aparan Rusiya millisi qrupdan çıxa bilmədiyi üçün Avropa çempionatı ilə erkən vidalaşıb. 

Emin Şəmsiyev
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

Facebookdan bizi izləməyi unutmayın.
X