"Real Madrid" PSJ-nin hücumçusu Kilian Mbappeyə təklif etdiyi məbləğ açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Marca" yayıb.
Xəbərə görə, Madrid təmsilçisi fransız forvarda ilinə 40 milyon avro qazanmağı təklif edib. "Kral klubu" ulduz futbolçunu yay transfer pəncərəsi dönəmində komandaya cəlb etmək niyyətindədir.
Qeyd edək ki, Mbappenin PSJ ilə cari müqaviləsi 30 iyun 2022-ci ilə qədər qüvvədədir.
Emin Şəmsiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol