"Qalatasaray"ın kolumbiyalı hücumçusu Radamel Falkao bu yay klubu tərk edə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə idman jurnalisti Nikolo Skira öz "Twitter" səhifəsində yazıb.
Xəbərə görə, 35 yaşlı futbolçunun maaşı ildə 5 milyon avro təşkil edir, bu isə, İstanbul təmsilçisinin büdcəsinə uyğun deyil.
"El tiqre" ilə BƏƏ-dən, Qətərdən və Səudiyyə Ərəbistanından olan klublar maraqlanır.
Xatırladaq ki, Falkao "Qalatasayar"da keçirdiyi 38 oyuna 19 qolla yadda qalıb.
Emin Şəmsiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol