"Legiya”nın baş məşqçisi Çeslav Mixneviçin etirazı nəticəsini verib.
Fanat.Az xəbər verir ki, Ekstraklassa rəhbərliyi Varşava təmsilçisinin "Zaqlebye” ilə çempionat oyununun təxirə salınması ilə bağlı qərar verib.
Qeyd edək ki, "Legiya” avqustun 7-də 3-cü tur çərçivəsində "Zaqlebye” ilə qarşılaşmalı idi. Baş məşqçi Çeslav Mixneviç Zaqreb "Dinamo”su ilə ÇL oyununa görə çempionat matçının təxirə salınmasını istədiklərini bildirmiş, liqa rəhbərliyinin buna razılıq verməməsindən şikayətlənmişdi. Ekstraklasanın rəhbəri Martsin Animuski bildirib ki, "Legiya” – "Zaqlebye” matçı dekabrın 15-nə ertələnib.
Mirağa

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol