Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.
İdman jurnalisti Fabritsio Romano: PSJ "Barselona"dan ayrılan Lionel Messi üçün irəli atılıb. Tərəflər arasında artıq danışıqlar başlayıb. Messi Neymarla və Mbappe ilə bir komandada oynamağa hazırdır.
Baş tutmuş transfer xəbərləri:
Ernanes (Hernanes) (36 yaşlı yarımmüdafiəçi)
"Sao Paulo"dan (Braziliya) "Sport Resif"ə (Braziliya) transfer olunub.
Azad agent qismində keçən futbolçu ötən mövsüm 9 oyun keçirib.
Cek Qriliş (Jack Grealish) (25 yaşlı cinah oyunçusu)
"Aston Villa"dan (İngiltərə) "Mançester Siti"yə (İngiltərə)
Transfer məbləği 100 milyon funt sterlinq olan futbolçu klubla 6 illik müqavilə imzalayıb
Emin Şəmsiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol