Fanat.Az-ın yeni rubrikasında "Münəccim" ölkə çempionatlarının oyunlarına öz proqnozunu açıqlayacaq
Portuqaliya çempionatının 1-ci turunun açılış oyunu "Sportinq" və "Vizela" klubları üz-üzə gələcək.
"Sportinq"
Ötən mövsüm "Sportinq" 19-cu dəfə ölkə çempionu olub və Superkubokun qazanıb. Komanda 34 tura 26 qələbə və 7 dəfə heç-heçə ilə 85 xal toplayıb.
Komanda keçirdiyi son 5 oyunun dördünü qələbə ilə başa vurub və birinində heç-heçə edib:
"Sportinq" - "Portimonense" 2:2
"Sportinq" - "Blenensen" 2:1
"Sportinq" - "Anje" 2:0
"Sportinq" - "Olimpik Lion" 3:2
"Sportinq" - "Sportinq Braqa" 2:1 (Portuqaliya Superkuboku)
"Vizela"
Uzun fasilədən sonra klub yenidən yüksək liqaya qayıdıb. Ötən mövsüm Sequndada ikinci yeri tutan Alvaro Poçekonun yetirmələri Primeyrada qalmağa çalışacaqlar. Klub ötən mövsüm 34 tura 18 qələbə qazanıb.
Keçirdiyi son 5 oyunun dördünü məğlubiyyətlə başa vuran klub yalnız bir dəfə heç-heçə edib.
"Vizela"-"Paços de Fereyra" 1:2
"Vitoria"-"Vizela" 2:1
"Vizela"-"Estoril" 0:0
"Vizela"-"Maritimo" 0:1
"Estrela de Amadora"-"Vizela" 2:1
"Sportinq" Superkubok oyununda yeni mövsümdə necə hazirlaşdığını göstərdi. "Vizela"isə son oyunda 3-cü divizyon klubuna məğlub olaraq qarşıdakı mövsümə nə dərəcədə hazır olduğunu göstərdi. Həm psixoloji həm fiziki üstünlük heç şübhəsiz "Sportinq"in tərəfindədir və açıq favoritdə odur.
Mövsümün ilk turunda 3 xalı qazanmaq üçün "ağ-yaşıllar" özlərini bir o qədər də çətinə salmayacaqlar. Bununla belə "Sportinq"in mövsümə super start verəcəyi gözlənilir.
Xarici bukmeker kontorları oyunda 2-dən daha çox qol olacağına (2,5 üst) 1.75 əmsal verir odur ki, bu proqnoz məqsədəuyğun görünür.
"Vizela" son çempionun qapısına yol tapacaq gücdə deyil. Ona görə də alternativ variant olaraq oyunda həm də 1,60 əmsalla "Sportinq"in quru hesablı qələbəsi də (YQ) gözlənilir.
Fransa da yeni mövsümə erkən başlayanlardandır. Çempionatın açılış oyunu "Monako" və "Nant" klubları arasında keçiriləcək.
Keçən mövsüm "Monako" üçün olduqca uğurlu keçib. Klub 38 turda 24 qələbə qazanıb və 6 dəfə heç-heçə edib. Nəticədə 78 xalla turnir cədvəlinin üçüncüsü olub. "Moneqask"lar hücumda olduqca inamlı təsir bağışlayırlar.
Yay təlim-məşq toplanışından sonra komanda Çempionlar Liqasına da yaxşı başlayıblar. Belə ki, komanda təsnifat mərhələsinin ilk oyununu səfərdə "Sparta"ya qarşı keçirib və 2:0 hesablı qələbə qazanıb.
Klubun yeni futbolçuları Miron Bodu, Jan Lukas və İsmayıl Yakobsun keyfiyyətli oyununu qeyd etmək olar.
Keçirdiyi son 5 oyunun üçünü qələbə, birini heç-heçə, birini isə məğlubiyyətlə başa vurub.
"Monako"-"Brügge" 3:1
"Royal Antverp"-"Monako" 0:0
"Volsburq"-"Monako" 1:2
"Real Sosyedad"-"Monako" 2:1
"Sparta Praqa"- "Monako" 0:2
"Nant"
8 dəfə ölkə çempionu olan komanda ötən mövsüm yüksək divizionda böyük çətinliklə yerini qoruyub. Turnir cədvəlində 18-ci yeri tutan komandanın çıxışı daha da zəifləyir. 38 tura cəmi 40 xal toplayan "Nant" 13 dəfə heç-heçə edib.
Keçirdiyi son 5 oyunun dördüyünü uduzan komanda cəmi bir dəfə qələbə qazanıb.
"Nant"-"Kaen" 0:1
"Nant"-"Nyor" 0:1
"Brest"-"Nant" 1:3
"Nant"-"Loryen" 0:1
"Nant"-"Klermon" 1:2
Mövsümün ilk oyununa "Monako" xüsusi bir əhval-ruhiyyə ilə çıxacaq. Eyni sözləri "Nant"a da aid etmək olar. Amma komandaların ifasında qol yağışı gözlənilmir. "Monako" həm də Çempionlar Liqası oyunlarına xüsusi hazırlıq görür.
Kontorlarda üçdən az qol olacağına (3.0 alt) 1.7-1.8 arası əmsallar təqdim olunub. Təklif edəcəyimiz proqnoz da elə budur.
Alternativ variant isə olduqca sadədir - 1.45 əmsalla "Monako"nun qələbəsi.
Emin Şəmsiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol