Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.
"The Sun" nəşri: "Dalyan Pro"nun hücumçusu Salomon Rondon İngiltərə Premyer Liqasına qayıda bilər. Venesuelalı futbolçunun Çin klubu ilə müqaviləsi tezliklə başa çatacaq.
İdman jurnalisti Canluka di Marsio: Lionel Messi PSJ-də mövsüm başına bonuslar da daxil olmaqla təxminən 35 milyon avro qazanacaq.
- "İnter" Romelu Lukakunun yerinə Duvan Zapata (Duvan Sapata) və ya Edin Cekonu (Edin Dzeko) nəzərdən keçirir.
- Matiya Nastasiç (Matija Nastasic) "Fiorentina"ya qayıtmağa yaxındır. Futbolçu 2015-2021-ci illərdə "Şalke 04" klubunda forma geyib.
Baş tutmuş transfer xəbərləri:
Yuray Kutska (Juraj Kucka) (34 yaşlı slovakiyalı yarımmüdafiəçi)
"Parma"dan (İtaliya) "Uotford"da (İngiltərə) transfet olunub.
2021/22 mövsümünün sonuna qədər icarədə olacaq futbolçu Ötən mövsüm mövsüm 28 oyuna 7 qol vurub və 2 məhsuldar ötürmə verib.
Kristian Romero (Christian Romero) (23 yaşlı müdafiəçi)
"Atalanta"dan (İtaliya) "Tottenhem"ə (İngiltərə) keçib.
Transfer məbləği 50 milyon avro və əlavə olaraq 5 milyon avro bonus təşkil edib. Kristian 5 illik müqaviləyə qol çəkib.
Emin Şəmsiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol