Fanat.Az-ın rubrikasında "Münəccim" ölkə çempionatlarının oyunlarına öz proqnozunu açıqlayacaq
İngiltərə Superkuboku uğrunda son çempion "Mançester Siti" ilə ölkə kubokunun qalibi "Lester" üz-üzə gələcək.
"Mançester Siti"
Ötən mövsümün əvvəlində digər klublara birincilik uğrunda mübarizə aparmağa şans yaradan "şəhərlilər" gözlənilmədən sürət yığıb çempionluğu vaxtından əvvəl təmin edir. Yüksək səviyyəli futbol nümayiş etdirən "Mançester Siti" rəqibləri üçün Avropanın ən təhlükəli klublarından biridir.
Komanda son mövsüm keçirdiyi 38 oyunda 27 qələbə, 5 heç-heçə əldə edib. Rəqiblərinə göz verib işıq verməyən "Mançester Siti" 2020-2021-ci illər mövsümünün ən çox hücum edən komandası olub. Bunun nəticəsində də rəqib qapılarını 83 dəfə silkələyiblər.
Pep Qvardiolanın başçılıq etdiyi kollektiv keçirdiyi son 3 oyunun hamısında qalib gəlib.
"Mançester Siti"-"Preston" 2:0
"Mançester Siti"-"Barnsli" 4:0
"Mançester Siti"-"Blekpul" 4:1
Qeyd edək ki, Premyer Liqanın kəşflərindən olan Cek Qrilişin (Jack Grealish) Superkubok uğrunda görüşdə meydanda olub-olmayacağı sual altındadır.
"Lester"
Ötən mövsüm İngiltərə Premyer Liqasında olduqca maraqlı və gərgin mübarizənin şahidi olduq. Pandemiya və azarkeşsiz keçən oyunlara rəğmən ilk 5-lik uğrunda gərgin döyüş gedirdi. Bu mübarizədə olduqca inamlı çıxış edən "Lester" bütün klublar üçün baş ağrısı oldu. 38 tur ərzində "tülkülər" 20 qələbə və 6 heç-heçə edib ki, bu da turnir cədvəlində 5-ci olmaqlarına imkan yaradıb.
Statiskiya görə komanda ən çox hücum edən klublar siyahısında olsa da, kifayət qədər qol da buraxıblar. Brendan Rocers (Brendan Rogers) və yetirmələri açıq futbola üstünlük verdiyi qənaətinə gəlmək olar.
Komandanın əsas uğuru FA kuboku olub. Finalda "Çelsi"yə 1:0 hesabı ilə qalib gələn "Lester" ən qədim olan kuboka yiyələnib.
Yeni transferlər Patson Daka, Bobakaru Suma və Rayan Bertrandan gözləntilər böyükdür. Komandanın əsas ümidlərindən olan Timoti Kastan (Timothy Castagne) və Coni Evans (Johnny Evans) zədə səbəbi ilə oyunu buraxacaqlar.
Klub keçirdiyi son dörd oyunun ikisində məğlub olub, bir heç-heçə edib və bir dəfə qalib gəlib.
"Burton Albion"-"Lester Siti" 0:0 (Pen 3:1)
"Uikomb Uonderers"-"Lester Siti" 1:0
"KPR"-"Lester Siti" 3:3
"Lester Siti"-"Villareal" 3:2
Proqnoz
Bu gün İngiltərə futbolunun liderləri yeni mövsümə qələbə ilə başlamaq üçün əllərindən gələni edəcəklər. İki klub arasında müqayisə aparsaq "Lester"in şansı nisbətən azdır. Bundan əlavə, "tülkülər"in əsas heyətində itkilərin olduğunu da unutmamalıyıq.
Xarici kontorlar "Mançester Siti"nin qələbəsini 2.14 əmsalla qiymətləndirir. Çox düşünmədən "şəhərlilər"in qələbəsini üstün tutmağı təklif edirik.
Alternativ variant - 5.70 əmsalla "Mançester Siti"nin 2 top fərqi ilə qələbəsi.
Emin Şəmsiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol