Argentinalı ulduz futbolçu Lionel Messi Fransanın PSJ klubu ilə anlaşmayıb.
Fanat.Az xəbər verir ki, bu barədə Goal.com klubun mətbuat xidmətinə istinadən informasiya yayıb.
Daha əvvəl PSJ-nin sahibi Tamim ibn Hamad Əl-Taninin qardaşı Xəlifə ibn Hamad Əl-Tani hücumçu ilə danışıqların başa çatdığını açıqlamışdı.
Lakin klub məlumatı təkzib edib.
Qeyd edək ki, Lionel Messinin "Barselona"da qalacağı gözlənilsə də, avqustun 5-də superulduz Kataloniya təmsilçisi ilə vidalaşıb.
Emin Şəmsiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol