"Fənərbağça" heyətinə yeni futbolçu qatıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki. İstanbul təmsilçisi "Gənclərbirliyinin" oyunçusu Emir Ortakayanı rənglərinə bağlayıb. "Sarı bülbüllər" 17 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Ortakaya ötən ilin yayından "Gənclərbirliyi"ndə çıxış edirdi.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol