Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.
"Bavaria"nın idman direktoru Hasan Salihamidziç Erlinq Holann (Erling Holland) haqqında: "Holann dünya klublarının əldə etmək istədiyi ən yaxşı oyunçudur. Əlbəttə ki, Erlinqlə maraqlanırıq və onu klubda görmək istəyirik".
"The Mirror" nəşri: "İnter" Antoni Marsialı (Antoni Martial) yaxın zamanda heyətinə qatacaq. İtaliya çempionu Lukakunun gedəcəyi təqdirdə hücumda yaranan boşluğunu aradan qaldırmaq üçün 25 yaşlı futbolçunu kluba cəlb etməyi planlaşdırır".
Baş tutmuş transfer xəbərləri:
Matias Vinya (Matthias Vina) (23 yaşlı sol cinah müdafiəçisi)
"Palmeiras"dan (Braziliya) "Roma"ya transfer olundu (İtaliya)
Transfer məbləği 13 milyon avro olan futbolçu ötən mövsüm 22 oyuna 2 qol vurub və 3 məhsuldar ötürmə verib.
Viktor Kovalenko (25 yaşlı yarımmüdafiəçi)
"Atalanta"dan (İtaliya) "Spetsia"ya (İtaliya) keçidi baş tutub.
2021/22 mövsümünün sonuna qədər icarədə olacaq futbolçu ötən mövsüm İtaliya çempionatında cəmi 3 dəqiqə oynayıb.
Emin Şəmsiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol