"İnter"in belçikalı hücumçusu Romelu Lukaku "Çelsi"yə keçmək üçün İtaliyada tibbi müayinədən keçib.
Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Martsio öz "Twitter" səhifəsində yazıb.
"Çelsi" klubu transferi bir neçə gün ərzində açıqlayacaq.
Xatırladaq ki, daha əvvəl London klubunun 28 yaşlı futbolçuya görə 115 milyon avro təklif etdiyi bildirilirdi.
Emin Şəmsiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol