"Mançester Siti"nin yarımmüdafiəçisi Cek Qriliş komandasının Çempionlar Liqasındakı perspektivindən danışıb.
Fanat.Az xəbər verir ki, BBC "şəhərlilər"in yeni transferinin söylədiklərini belə çatdırıb:
"Ötən mövsüm "Mançester Siti" Çempionlar Liqasının qalibi olmağa çox yaxın idi. Komandanı qələbədən cəmi bir qol ayırdı. Bu üzdən "Mançester Siti"dəyəm. Əminəm ki, bu mövsüm Çempionlar Liqasını biz qazanacağıq. Bura titul qazanmaq üçün gəlmişəm".
Xatırladaq ki, Mançester təmsilçisi Qrilişi "Aston Villa"dan 118 milyon avroya alıb. İngiltərə millisinin yarımmüdafiəçisi klub tarixinin ən bahalı transferidir.
Nihat

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol